Prezident İran Milli Təhlükəsizlik Şurasının katibini qəbul edib
24 fevral 2013 14:45 (UTC +04:00)

Prezident İran Milli Təhlükəsizlik Şurasının katibini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA-nın xəbərinə görə, dövlət başçısı iki ölkə və xalq arasında mövcud olan tarixi, mədəni, dini əlaqələrin uğurla inkişaf etdirilməsindən məmnunluğunu ifadə edib.

 

Prezident təhlükəsizlik sahəsində də əməkdaşlığın inkişafının xüsusi əhəmiyyət daşıdığını, bu sahədə vaxtaşırı məsləhətləşmələr aparmağın zəruriliyini vurğulayıb.


Öz növbəsində S. Cəlili Azərbaycanın onun üçün həmişə dost ölkə olduğunu, münasibətlərin inkişafında hər iki ölkənin rəsmilərinin həmişə yüksək siyasi iradə nümayiş etdirdiklərini bildirib. İranlı qonaq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu da qeyd edib.

 
Görüşdə Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən təhlükəsizlik sahəsində daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 799
avatar

Oxşar yazılar