Prezident İordaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib
19 noyabr 2014 14:55 (UTC +04:00)

Prezident İordaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

 

Prezident İlham Əliyev İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nassar Al-Habaşnehin etimadnaməsini qəbul edib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, səfir Nassar Al-Habaşneh fəxri qarovul dəstəsinin qarşısından keçib və etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Nassar Al-Habaşneh İordaniya Kralı II Abdullahın salamlarını dövlət başçısına çatdırıb.  O, ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsində Azərbaycan prezidenti İlham Əliyevlə İordaniya Kralı II Abdullah arasında mövcud olan dostluq münasibətlərinin önəmini vurğulayıb. İordaniyalı diplomat ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

İordaniya Kralı ilə yaxşı dostluq münasibətlərinin olduğunu vurğulayan dövlətimizin başçısı İlham Əliyev II Abdullah ilə Azərbaycanda, İordaniyada və müxtəlif beynəlxalq sammitlərdə, konfranslarda görüşlərini məmnunluqla xatırladıb. Azərbaycan ilə İordaniya arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu deyən prezident əlaqələrimizin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı ölkələrimizin BMT-də və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsinin önəmini qeyd edib.


Prezident İlham Əliyev II Abdullahın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İordaniyanın Kralına çatdırmağı xahiş edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 442
avatar

Oxşar yazılar