Prezident İlham Əliyev fevralın 13-də “SOS” Kinderdorf İnternational” təşkilatının prezidenti Siddharta Kaulu qəbul edib. Lent.az-ın AZərTAc-a istinadən verdiyi məlumata görə, görüşdə ölkəmiz ilə “SOS” Kinderdorf İnternational” təşkilatı arasında uzunmüddətli uğurlu əməkdaşlıq məmnunluqla qeyd olunub.
Təşkilatın Azərbaycanda həyata keçirdiyi layihələrin önəmi vurğulanıb, əməkdaşlığımızın gələcək illərdə daha da genişlənəcəyinə əminlik ifadə edilib.