Prezident İlham Əliyev Qəbələ ictimaiyyətinin nümayəndələri ilə görüşüb
28 fevral 2013 14:32 (UTC +04:00)

Prezident İlham Əliyev Qəbələ ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Dövlət başçısı bir sıra obyektlərin açılışında iştirak edib

 

Azərbaycan prezidenti İlham Əliyev Qəbələ atıcılıq klubunun  açılışında iştirak edib. Lent .az-ın AzərTac -a istinadən verdiyi məlumata görə, Azərbaycan Atıcılıq Federasiyasının vitse – prezidenti Rasim Rzayev dövlət başçısına məlumat verib ki, Qəbələ atıcılıq klubunun layihəçisi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutudur. Tikintisinə ötən ilin iyun ayında başlanılan Qəbələ atıcılıq klubunun birinci mərhələsinin inşası tam başa çatdırılıb.

 

Bildirilib ki, 25 hektar dağlıq ərazidə klubun inzibati binası, atıcılıq yerləri üçün tirlər, atəş zonaları, təlim mərkəzləri, idman-ovçuluq ləvazimatı mağazası və yeməkxana inşa olunub. Atəş zonasında idmançılar saniyədə 15-42 metr sürətlə uçan hədəfləri nişan almalıdırlar. Bu məqsədlə ərazidə bir neçə uçan hədəf aparatları yerləşdirilib.
Prezident İlham Əliyev idman silahı ilə uçan hədəflərə bir neçə sərrast atəş açıb.
O, Qəbələ atıcılıq klubunun inşası başa çatdırılan birinci mərhələsində görülən işlərdən razılığını bildirib, sonrakı mərhələdə həyata keçiriləcək tədbirlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

 

Dövlət başçısı İlham Əliyev Qəbələ şəhərində yeni məscidin açılışında iştirak edib.
Dövlət başçısına məlumat verilb ki, məscidin tikintisinə 2010-cu ilin may ayında başlanılıb. Heydər Əliyev Fondunun sifarişi ilə tikilən məscid binasının layihəçisi “Konstruktor MMC”, binanın podratçısı isə “Gilan inşaat” MMC-dir. Binanın tikinti sahəsi 715 kvadratmetr, minarənin hündürlüyü isə 25 metrdir.
Bildirilib ki, burada eyni vaxtda 450 kişi, 150 qadın olmaqla ümumilikdə 600 nəfər mömin ibadət edəcək. 

Prezident bu gün həmçinin Qəbələ Mədəniyyət Mərkəzinin açılışında da olub. Dövlət başçısına məlumat verilib ki, köhnə mədəniyyət evi sökülərək yerində texniki və estetik tələblərə cavab verən müasir memarlıq üslubunda çoxfunksiyalı monumental mədəniyyət mərkəzi inşa olunub. “EL.N Layihə, Tikinti, Dizayn” şirkətinin memarlarından, dizaynerlərindən və layihəçilərindən ibarət yaradıcı qrupun və inşaatçıların birgə əməyi nəticəsində ərsəyə gələn, füsunkar təbiət mənzərəsi ilə harmoniya təşkil edən gözəl memarlıq nümunəsi yaradılıb.
Görülən işlərdən razılığını bildirən prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.
Dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Qəbələ sakini Şirin Şirinov göstərilən diqqət və qayğıya görə Azərbaycan prezidentinə rayon ictimaiyyəti adından minnətdarlığını bildirib.
Prezident ictimaiyyətin nümayəndələri ilə xatirə şəkli çəkdirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1272
avatar

Oxşar yazılar