Prezident İlham Əliyev Litva və Albaniyanın baş nazirlərini qəbul edib
08 aprel 2013 18:08 (UTC +04:00)

Prezident İlham Əliyev Litva və Albaniyanın baş nazirlərini qəbul edib

0

 

Prezident İlham Əliyev aprelin 8-də Litva Respublikasının baş naziri Alqirdas Butkeviçiusu qəbul edib. Lent. az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Dünya İqtisadi Forumunun Bakıda keçirilməsinin önəminin vurğulandığı görüşdə Azərbaycanla Litva arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub, bu əlaqələrin möhkəmləndirilməsində qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilib.
Görüşdə, həmçinin son illər ölkələrimiz arasında ticarət dövriyyəsinin dinamik şəkildə artdığı vurğulanıb, sərmayə qoyuluşu, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Dövlət başçısı bu gün həmçinin Albaniya Respublikasının baş naziri Sali Berişanı da qəbul edib.
Görüşdə Dünya İqtisadi Forumunun Bakıda keçirilməsinin əhəmiyyəti vurğulanıb, tədbirin iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı qeyd olunub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 518

Oxşar yazılar