Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 3-də Kanada İcmalar Palatasının sədrinin müavini, Kanada-Azərbaycan dostluq qrupunun sədri Barri Devolinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent. az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, ölkəmizə ikinci dəfə səfər etdiyini vurğulayan B. Devolin ötən dövr ərzində paytaxtımızda gedən çox böyük inkişaf proseslərinin şahidi olduqlarını deyib.
Görüşdə Azərbaycanla Kanada arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, parlamentlərarası əməkdaşlıq və digər sahələrdə genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, münasibətlərimizin möhkəmləndirilməsində qarşılıqlı səfərlərin önəmi qeyd olunub, ikitərəfli əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.