<span style="color:red;">İlham Əliyev : "Azərbaycan həmişə İrana qarşı sanksiyaların əleyhinə olub"
21 yanvar 2016 15:37 (UTC +04:00)

İlham Əliyev: "Azərbaycan həmişə İrana qarşı sanksiyaların əleyhinə olub"

 

Yanvarın 21-də Prezident İlham Əliyev İranın Prezidenti Həsən Ruhaniyə telefonla zəng edib.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, telefon danışığı zamanı dövlət başçısı İrana qarşı tətbiq edilən sanksiyaların götürülməsi münasibətilə İran Prezidentinə və xalqına təbriklərini çatdırıb və uğurlar arzulayıb.

Prezident İlham Əliyev Azərbaycanın həmişə bu sanksiyaların əleyhinə olduğunu və bununla bağlı rəsmi açıqlamalar verdiyini qeyd edib.

Azərbaycan Prezidenti sanksiyaların götürülməsindən bir daha məmnunluğunu bildirib.

İran Prezidenti Həsən Ruhani təbriklərinə və xoş sözlərinə görə prezident İlham Əliyevə minnətdarlığını çatdıraraq  iki ölkə arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Dövlət başçıları Azərbaycan və İran arasında dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafı, enerji məsələləri, ölkələrimizin dəmir yollarının birləşdirilməsi, Astara-Astara dəmir yolu xəttinin çəkilişi, investisiya layihələrinin icrası və digər məsələləri müzakirə ediblər

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 253
avatar

Oxşar yazılar