Prezident İlham Əliyev İordaniya kralını təbrik edib
24 may 2014 18:50 (UTC +04:00)

Prezident İlham Əliyev İordaniya kralını təbrik edib

0

Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ibn Al Hüseyni ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

 

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

 

“İordaniyanın milli bayramı – Müstəqillik günü münasibətilə sizi və sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Mən Azərbaycan-İordaniya münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, Azərbaycan ilə İordaniya arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş İordaniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 903

Oxşar yazılar