Prezident İlham Əliyev Devid Kamerona başsağlığı verib
09 aprel 2013 19:00 (UTC +04:00)

Prezident İlham Əliyev Devid Kamerona başsağlığı verib

0

 

Prezident İlham Əliyev  Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kamerona  keçmiş baş nazir, görkəmli siyasi və dövlət xadimi  Marqaret Tetçerin vəfatı ilə bağlı başsağlığı verib. Lent. az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, başsağlığında deyilir: “Xanım Marqaret Tetçerin vəfatı xəbəri məni olduqca kədərləndirdi. XX əsrin dünya siyasətinin parlaq simalarından biri olan xanım Marqaret Tetçer Mühafizəkarlar partiyasının çoxillik rəhbəri və Baş nazir qismində Birləşmiş Krallığın tarixində silinməz iz qoyub. Marqaret Tetçer Azərbaycanla Birləşmiş Krallıq arasında əlaqələrin təşəkkülünə və genişlənməsinə, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafına böyük töhfə verib.


Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və Birləşmiş Krallığın bütün xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 658

Oxşar yazılar