Prezident İlham Əliyev Braziliyanın ölkəmizdəki səfirini qəbul edib
10 aprel 2013 16:17 (UTC +04:00)

Prezident İlham Əliyev Braziliyanın ölkəmizdəki səfirini qəbul edib

0

 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 10-da Braziliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sergio de Souza Fontes Arrudanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Lent. az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan-Braziliya ikitərəfli əlaqələrinin son illər uğurla inkişaf etdiyi vurğulanıb, ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğu bildirilib, bu münasibətləri iqtisadi sahədə də genişləndirməyin önəmi qeyd olunub.
Həmçinin görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb, əlaqələrimizin gələcək illərdə daha da genişlənəcəyinə əminlik ifadə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 483

Oxşar yazılar