Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bu ğün “Bakı Ekspo” sərgi və toplantı mərkəzində “AİTF-2013” XII Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə,
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısına məlumat verib ki, sərgidə iştirakçı ölkələrin coğrafiyası hər il genişlənir. Məhz bunun nəticəsidir ki, “AİTF-2013” sərgisində 35 ölkədən 251 şirkət iştirak edir.
Bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “İTE Group plc” və onun tərəfdaşı “İteca Caspian” MMC-lərin təşkilatçılığı ilə keçirilən sərgidə Monteneqro, Tailand, Tunis, Kanada, Mərakeş və Monakonun turoperatorları ilk dəfə iştirak edirlər. Ənənəvi turizm marşrutları arasında Türkiyə, Gürcüstan, Çexiya və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr yer alıblar. “AİTF-2013” sərgisində 20 ölkə milli stendləri ilə çıxış edir. Həmçinin sərgidə Azərbaycanın 20-dən çox rayonunun turizm potensialı nümayiş olunur.
Diqqətə çatdırılıb ki, sərgiyə Dünya Turizm Təşkilatı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası tərəfindən dəstək verir.
Prezident İlham Əliyev Beynəlxalq turizm və səyahətlər sərgisində olub
0
0
0
0