Prezident Hondurasın xarici işlər nazirini qəbul edib
07 may 2014 14:46 (UTC +04:00)

Prezident Hondurasın xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev Honduras Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mireya Aquero de Korralesin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, görüşdə Azərbaycan ilə Honduras arasında qısa vaxt ərzində yaxşı tərəfdaşlıq əlaqələrinin qurulduğunu deyən dövlət başçısı ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu ifadə edib.

 

Prezident Azərbaycan ilə Honduras arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Mireya Aquero de Korralesin Azərbaycanın “Dostluq” ordeni ilə təltif edildiyini deyib və ordeni qonağa təqdim edib.


Nazir xanım Hondurasın prezidenti Xuan Orlando Ernandes Alvaradonun salamlarını və prezident İlham Əliyevi Hondurasa səfərə dəvətini dövlət başçısına çatdırıb. O, Azərbaycanın yüksək mükafatlarından olan “Dostluq” ordeninə layiq görüldüyünə görə minnətdarlığını ifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 295
avatar

Oxşar yazılar