Prezident Heydər Əliyevin məzarını ziyarət etdi - YENİLƏNİB
12 dekabr 2013 10:26 (UTC +04:00)

Prezident Heydər Əliyevin məzarını ziyarət etdi - YENİLƏNİB

Azərbaycan prezidenti İlham Əliyev Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.


 

APA-nın məlumatına görə, prezident İlham Əliyev Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. Dövlət başçısı görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın, dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri qoyub.

 
Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində prezidentin ailə üzvləri, baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edibdilər.

 

Bu gün hökumət üzvləri, dövlət qurumlarının əməkdaşları, ictimaiyyət nümayəndələri də Heydər Əliyevin məzarını ziyarət edirlər.

 

Qeyd edək ki, səhər saatlarından paytaxt sakinləri Fəxri Xiyabana gedərək Heydər Əliyevin məzarını ziyarət edir, mərhumun xatirəsini ehtiramla yad edirlər.

 

Bu gün Heydər Əliyevin vəfatından 10 il ötür. O, 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3428
avatar

Oxşar yazılar