Prezident Gənclər Fondunun Müşahidə Şurası üzvlərini təyin etdi
04 mart 2013 19:08 (UTC +04:00)

Prezident Gənclər Fondunun Müşahidə Şurası üzvlərini təyin etdi

 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam verib.

Lent.az-ın AzərTAC-a istinadən verdiyi miəlumata görə, aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü təyin ediliblər:

Dövlət orqanlarından:

Süleymanov Tahir Veys oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini

Babayev İntiqam Vaqif oğlu - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Novruzov Qulu Novruz oğlu - Azərbaycan Respublikası təhsil nazirinin müavini
Səmədov Nazim Adil oğlu - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Məmmədov Cavid Nəriman oğlu - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini

Gənclər təşkilatlarından:

İsmayılov Şahin Əmir oğlu - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri

Mehdiyev Nurəddin Səftər oğlu - “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri

Orucov Seymur Vaqif oğlu - “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri

Seyidzadə Şahin Kamil oğlu - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1286
avatar

Oxşar yazılar