Prezident Finlandiya səfirinin etimadnaməsini qəbul edib
15 noyabr 2013 18:02 (UTC +04:00)

Prezident Finlandiya səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Finlandiya Respublikasının yeni təyin olunmuş səfiri Krister Mikelssonun etimadnaməsini qəbul edib. Lent.az-ın məlumatına görə, xalqlar arasında uzun tarixi əlaqələrin mövcud olduğunu vurğulayan dövlət başçısı ölkələr arasında ikitərəfli münasibətlərin uğurla inkişafından məmnunluğunu bildirib. Finlandiya prezidentinin Azərbaycana, özünün isə Finlandiyaya səfərlərinə toxunan İlham Əliyev yüksək səviyyəli qarşılıqlı səfərləri əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib. O, Azərbaycanla Finlandiya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə güclü tərəfdaşlıq əlaqələrinin yaradılması üçün böyük imkanların olduğunu vurğulayıb.
 

Səfir K. Mikelsson isə ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyib. İqtisadi sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayan səfir əlaqələrin inkişaf etdirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Finlandiyalı diplomat Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini söyləyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 459
avatar

Oxşar yazılar