Prezident Əhməd Davudoğlunu qəbul edib
26 may 2014 14:01 (UTC +04:00)

Prezident Əhməd Davudoğlunu qəbul edib

 

 

Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, Əhməd Davudoğlu Türkiyə Respublikasının prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.
 

Dövlət başçısı Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin yeni formatda keçiriləcək görüşünün önəmini vurğulayıb və bu görüşün nəticələrinin uğurlu olacağına əminliyini ifadə edib.

 

Prezident İlham Əliyev xarici işlər nazirləri səviyyəsində keçirilən bu cür görüşlərin ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün səmərəli bir format olduğunu vurğulayıb.
 

Əhməd Davudoğlu ölkələrimizin təşəbbüsü ilə reallaşan Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Gürcüstan və Türkiyə-Azərbaycan-Türkmənistan arasında yeni əməkdaşlıq formatının əhəmiyyətini qeyd edib.

 

Prezident İlham Əliyev Türkiyə prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 801
avatar

Oxşar yazılar