Prezident çinli həmkarına başsağlığı verdi
26 may 2014 17:28 (UTC +04:00)

Prezident çinli həmkarına başsağlığı verdi

Prezident İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinə başsağlığı məktubu göndərib. Lent.az-ın məlumatına görə, başsağlığında deyilir: “Hörmətli cənab sədr, Urumçi şəhərində çoxsaylı insan tələfatına səbəb olmuş terror aktı bizi olduqca hiddətləndirdi. Biz bu cür amansız hərəkətləri kəskin pisləyir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasına tərəfdar çıxırıq.
 

Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Çin xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 629
avatar

Oxşar yazılar