Prezident İlham Əliyev Argentina Respublikasının prezidenti xanım Kristina Fernandes de Kirşneri ölkəsinin milli bayramı ilə təbrik edib.
APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
“Hörmətli xanım prezident, Argentina Respublikasının milli bayramı münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan-Argentina münasibətlərinin inkişafı istiqamətində atdığımız addımlar dostluq əlaqələrimizin möhkəmlənməsinə, əməkdaşlığımızın genişlənməsinə bundan sonra da mühüm töhfələr verəcək. Sizə ən xoş arzularımı yetirir, dost Argentina xalqına daim sülh və tərəqqi arzulayıram”.