Azərbaycanda əlavə müstəqil bələdiyyə yaradılıb. Lent.az-ın verdiyi məlumata görə, bu gün Milli Məclisin iclasında Bakının Pirallahı rayonunda Pirallahı bələdiyyəsinin yaradılması müzakirə olunub.
Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Pirallahı rayonunun yaradılması ilə bağlı təsdiq olunan sənədləri xatırladaraq bildirib ki, yeni yaranan müstəqil Pirallahı bələdiyyəsi rayonun həyatında mühüm rol oynayacaq.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Pirallahı bələdiyyəsi yaradıldı
1009