Milli Məclisin yaz sessiyasının sonuncu iclası başlayıb. APA-nın məlumatına görə, gündəliyə 18 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:
"Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında", "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Sazişin təsdiq edilməsi barədə, "Beynəlxalq Valyuta Fondu haqqında Saziş"in maddələrinə Fondun İcra Şurasında islahatlara dair təklif olunan dəyişikliklər"in təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası və İspaniya Krallığı arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı inzibati yardım haqqında" Sazişin təsdiq edilməsi barədə, "Su təchizatı və tullantı suları haqqında" qanununa dəyişikliklər edilməsi barədə, Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında, Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında, "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik edilməsi haqqında, Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, "Bələdiyyələrin statusu haqqında" qanununa dəyişiklik edilməsi barədə, Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında, "Büdcə sistemi haqqında" qanununa dəyişikliklər edilməsi barədə, "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında", "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə qanun layihələri.