Bu gün Milli Məclisin iclası keçirilir.
Lent.az-ın verdiyi məlumata görə, Azərbaycan xarici siyasətinin uğurla həyata keçirildiyini söyləyən spiker Oqtay Əsədov deyib ki, Xocalı soyqırımı Pakistan, Kolumbiya, Meksika parlamentində tanınıb.
Spiker bildirib ki, Xocalı soyqırımı ABŞ-ın 7 ştatında, Bosniya-Herseqovina, Çexiya və Serbiya parlamentində də Xocalı soyqırımı tanınıb. “Bu, Azərbaycan xarici siyasətinin uğurudur. Mən hökumətə, parlament üzvlərinə, Xarici İşlər Nazirliyinə, QHT təmsilçilərinə təşəkkür edirəm. Mən Xocalı soyqırımını tanıyan ölkələrin parlamentlərinə təşəkkür edirəm”.
Spiker sonda həmin ölkələrin parlamentlərinə təşəkkür məktubu göndərilməsini təklif edib.