Oqtay Əsədov İsveçrə prezidenti ilə görüşüb
02 iyun 2014 18:48 (UTC +04:00)

Oqtay Əsədov İsveçrə prezidenti ilə görüşüb

Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İsveçrə Konfederasiyasının prezidenti və ATƏT-in sədri Didye Burkhalterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Lent.az-a Milli Məclisdən məlumat verilib.
Qonaqları salamlayan Milli Məclisin sədri bildirib ki, Azərbaycan İsveçrə ilə iqtisadi və siyasi münasibətlərin inkişafına böyük önəm verir. Bu münasibətlərin inkişafında dövlət başçılarının böyük rolu var. Ölkələrimiz arasında bir sıra mühüm sənədlər imzalanmış və lazımi hüquqi baza yaradılıb. 
Milli Məclisin Sədri diqqətə çatdırıb ki, Azərbaycanda 40-a yaxın İsveçrə şirkəti fəaliyyət göstərir. Bu şirkətlərin əksəriyyəti isə qeyri-neft sektorunda çalışırlar. 
İsveçrə Konfederasiyasının prezidenti və ATƏT-in sədri Didye Burkhalter ölkələrimiz arasında intensiv dostluq əlaqələrinin olmasından məmnunluğunu ifadə edib. Söhbət zamanı qonaq ATƏT PA-nın illik sessiyasının ölkəmizdə keçirilməsinə görə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycana səfərləri müddətində Prezident İlham Əliyevlə görüş zamanı ölkəmizin və Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə geniş məlumat əldə etmiş və dolğun informasiya toplayıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 480

Oxşar yazılar