Ombudsmanın illik məruzəsi qəbul edildi
05 mart 2013 14:14 (UTC +04:00)

Ombudsmanın illik məruzəsi qəbul edildi

Ombudsman Elmira Süleymanova illik məruzəsi ilə bağlı millət vəkillərinin çıxışlarına münasibət bildirib.

Lent.az-ın verdiyi məlumata görə, Elmira Süleymanova deyib ki, son vaxtlar saxlanılan, məhkum edilən jurnalistlərin sayı azalıb və bu, müsbət haldır.

O, yuvenial ədliyyə məsələsinə də toxunub və bu məsələnin müzakirə edildiyini bildirib: “Yaxın zamanlarda yuvenal ədliyyənin yaradılması məsələsi həll olunacaq. Qanun qəbul edilməsə də, yetkinlik yaşına çatmayanlar daha yumşaq cəzalandırılır. Eyni zamanda onların təhsil məsələsinə də
diqqət yetirilir”.

Elmira Süleymanova Fransa Milli Assambleyasında diaspor üzvlərimizin döyülməsi ilə bağlı məsələlərə də ombudsman institutunun münasibət bildirdiyini, həmin olay zamanı orada olan fransız deputatın deputat səlahiyyətlərinin alınmasını tələb etdiklərini söyləyib: “Azərbaycanda insan hüquqları ilə bağlı nöqsan və problemlərin aradan qaldırılması istiqamətində siyasi iradə və görülən işlər də göz qabağındadır. Hər bir hüquq pozuntusunun aradan qaldırılmasına ciddi yanaşılmalıdır”.

O, ictimaiyyətlə yerlərdə də mütəmadi görüşlər keçirildiyini, parlamentə, müvafiq qurumlara müraciətlər ünvanlandığını bildirib: “Mənim kabinetimin qapısı bu 10 ildə bir dəqiqə olsun bağlı olmayıb, həmişə açıqdır”.

İllik məruzə səsverməyə çıxarılaraq qəbul edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 516
avatar

Oxşar yazılar