Oklahoma Senatı da Xocalı soyqırımını tanıdı
05 mart 2013 23:29 (UTC +04:00)

Oklahoma Senatı da Xocalı soyqırımını tanıdı

Martın 4-də ABŞ-ın Oklahoma ştatı Senatının birinci sessiyasında Xocalı qətliamının tanınması barədə qətnamə qəbul edilib.


 

Lent.az-ın  “AzərTAc”a istinadən verdiyi xəbərə görə, qətnamənin mətnində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən və Azərbaycanın Xocalı şəhərinin keçmiş SSRİ-nin hərbi alayının köməyi ilə erməni silahlı qüvvələri tərəfindən işğal edilməsindən, bu şəhərin 600-dən çox dinc sakininin qətlə yetirilməsindən danışılır.

 

Oklahoma ştatının Senatı faciəli hadisələr faktını nəzərə alıb, Xocalı soyqırımın 21-ci ildönümünü vurğulayaraq, bu qətnaməni ABŞ Konqresinə, Dövlət Departamentinə və ABŞ-ın Azərbaycandakı səfirliyinə göndərmək barədə qərar qəbul edib.

 

Qətnamənin müəllifi Oklahoma ştatının 26-cı dairəsini təmsil edən deputat Tom İvesterdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 630
avatar

Oxşar yazılar