Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Avrasiya İttifaqı ilə bağlı məsələyə öz münasibətini bildirib. O, şəxsi “twitter” səhifəsində qeyd edib ki, prezident İlham Əliyev Rusiyanın dövlət başçısı Vladimir Putinə, Qazaxıstan prezidenti Nursultan Nazarbayevə və Belarus prezidenti Aleksandr Lukaşenkoya məktub göndərib: “Prezidentlərə ünvanlanan məktubda Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlük məsələsi ilə bağlı Azərbaycanın mövqeyi bildirilib”.
Qeyd edək ki, məktubda ÜTT-nin qaydalarının Ermənistanın BMT tərəfindən tanınmış sərhədləri daxilində qüvvədə olacağı göstərilib.