NİDA Vətəndaş Hərəkatı Müsavat Partiyasının quruma əməkdaşlıq müqaviləsi bağlamaq təklifinə cavab verib.
Hərəkatın mətbuat xidmətindən Lent.az-a daxil olan məlumatda bildirilir ki, NİDA VH Müsavatın təklif etdiyi əməkdaşlıq müqaviləsinin bağlanmasına ehtiyac görmür.
Məlumatda o da qeyd edilir ki, Hərəkat ümumiyyətlə, hər hansı bir partiya ilə rəsmi müqavilə bağlamağın vacibliyini hiss etmir: “Real siyasi qüvvələrlə ölkəmiz üçün vacib məsələlərdə əməkdaşlığımız var və bundan sonra davam edəcək. Partiyalarla
əməkdaşlığın rəsmiləşdirilməsinə ehtiyac duymuruq”.
Xatırladaq ki, Müsavat Partiyası Milli Şurada təmsil olunan partiya və hərəkatlara əməkdaşlıq müqaviləsi təklif etmişdi.