NİDA-çıların işi: təqsirləndirilən şəxs ifadəsindən imtina etdi
18 dekabr 2013 14:54 (UTC +04:00)

NİDA-çıların işi: təqsirləndirilən şəxs ifadəsindən imtina etdi

Bu gün Ağır Cinayətlər Məhkəməsində “”Nida”çılar Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, Bəxtiyar Quliyev, Məmməd Əzizov, Şahin Novruzlu və “Azad Gənclik” təşkilatının üzvü İlkin Rüstəmzadənin növbəti məhkəmə prosesi keçirilib.

 

Lent.az-ın məlumatına görə, prosesdə Şahin Novruzlunun ibtidai istintaqa verdiyi ifadə oxunub.

 

Daha sonra Ş.Novruzlu məhkəməyə verdiyi ifadədə bildirib ki, o, bu ifadəni təzyiq altında verib.

 

Ş.Novruzlu təcridxanada saxlanılarkən döyüldüyünü, işgəncəyə mərz qaldığını, hətta onu döyənlərin onun 4 dişini sındırdığını bildirib. Buna görə də Ş.Novruzlu ilkin ifadəsindən imtina etdiyini deyib.

 

Bunun ardınca hakim Cavid Hüseynov məhkəməni ayın 19-na təxirə salıb.

 

Qeyd edək ki, “Nida”çılara Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və “Nida” üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə həbs olunublar.

 

İstintaq dövründə onlara qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 805
avatar

Oxşar yazılar