Ailəsi Nemət Pənahlının yasda iştirakı üçün müraciət hazırlayır - YENİLƏNİB
10 aprel 2013 11:10 (UTC +04:00)

Ailəsi Nemət Pənahlının yasda iştirakı üçün müraciət hazırlayır - YENİLƏNİB

 “Milli Dövlətçilik Partiyasının hazırda həbsdə olan sədri Nemət Pənahlının anası Sara Pənahlının yas mərasimində iştirakına icazə verilməsi ilə bağlı heç bir məlumatımız yoxdur”. Bunu APA-ya Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov verib.

 

M. Sadıqov bildirib ki, yas mərasimində iştirak etmək üçün məhkum cəza çəkdiyi müəssisənin rəisinə müraciət etməlidir: “Bundan sonra onun müraciətinə baxılır və qərar verilir”.

 

N. Pənahlının qardaşı oğlu Pənah Pənahlı isə ailə üzvlərinin hazırda N. Pənahlının yanında olduğunu deyib: “Nemət Pənahlının həyat yoldaşı və oğlu hazırda onun yanındadır. Yəqin ki, bu gün onun yas mərasimində iştirakı üçün müəssisə rəhbərliyinə müraciət olunacaq” .

 

Qeyd edək ki,  2011-ci il yanvarın 8-dən həbsdə olan Nemət Pənahlı xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma cinayətində təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.

 

***  

10.30

Nemət Pənahlının anası Sara Pənahlı aprelin 10-da vəfat edib. Media forum” saytı xəbər verir ki, Sara Pənahlı ağır xəstəlikdən əziyyət çəkirdi. 


Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.


Həbsdə olarkən Nemət Pənahlı atasını da itirib. Əhəd Pənahlı 2012-ci il yanvarın 13-də vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1600
avatar

Oxşar yazılar