NATO ekspertlərinin Müdafiə Nazirliyi ilə görüşü başladı
10 aprel 2013 15:46 (UTC +04:00)

NATO ekspertlərinin Müdafiə Nazirliyi ilə görüşü başladı

0

 

Bu gün Bakıda Planlaşdırma və Analiz Prosesinin və Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının həyata keçirilməsinin qiymətləndirilməsi üzrə NATO-nun Beynəlxalq Qərargahının ekspert qrupu ilə Azərbaycanın Respublikası Müdafiə Nazirliyi arasında işçi görüşü başlayıb.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən görüşdə müdafiə sahəsində əməkdaşlığın, PAP və FTƏP proqramları çərçivəsində məqsədlərin və öhdəliklərin yerinə yetirilməsi üzrə müzakirələr aparılır.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 551

Oxşar yazılar