Silahlı Qüvvələrin hərbi təhsil sisteminin bəzi sahələrinin inkişafına yardım göstərilməsi məqsədilə NATO/ABŞ ekspertləri Azərbaycana səfər edəcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər fevralın 18-19-da gerçəkləşəcək.
Fevralın 25-dən martın 1-dək isə NATO-nun təhsil üzrə işçi qrupu ölkəmizə səfər edəcək.