Müsavat Partiyası Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısı keçirilib.
Bu barədə APA-ya məlumat verən partiyanın Divan üzvü Tural Abbaslı bildirib ki, Təşkilat Komitəsi iyun ayının 28-nə qurultay təyin edib və qurultaya yer ayrılması üçün yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmək haqqında qərar verib.
T.Abbaslı qeyd edib ki, qurultayın 800-1000 nəfərlik auditoriyada keçirilməsi məqsədəuyğun hesab edilib.