Müdafiə naziri İran səfirini qəbul edib
10 dekabr 2013 18:27 (UTC +04:00)

Müdafiə naziri İran səfirini qəbul edib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə İranla Azərbaycan arasındakı əlaqələr, bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və ikitərəfli əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.
 

Görüşdə İran İslam Respublikasının Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi,  polkovnik Əmir Fərəci Moez də iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 643

Oxşar yazılar