Mübariz Pənahov ARDNŞ-də rəis müavini oldu
07 may 2014 22:19 (UTC +04:00)

Mübariz Pənahov ARDNŞ-də rəis müavini oldu

Sədərək gömrük-keçid məntəqəsinin keçmiş müdiri, “Laba” ləqəbli Mübariz Pənahov ARDNŞ Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Bu barədə azpolitika.info saytı xəbər yayıb.

 

Mübariz Pənahov “Qafqazinfo”ya faktı təsdiqləyib. O bidirib ki, kollektivə bu gün təqdim olunub və işinə başlayıb. Pənahov həmçinin məşğul olduğu sahənin dənizdə və quruda təhlükəsizlik xidmətini həyata keçirdiyini bildirib.

 

Qeyd edək ki, M. Pənahov 1994-2004-cü illər ərzində Naxçıvan Muxtar Respublikasının Sədərək gömrük-keçid məntəqəsinin rəisi vəzifəsində çalışıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6232
avatar

Oxşar yazılar