APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, III Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ilin aprel ayında İran İslam Respublikasına etdiyi səfəri məmnuniyyətlə xatırladığını bildirib. O, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu və uğurla inkişaf etdiyini söyləyib: "Tərəflər hərbi sahədə əməkdaşlığı inkişaf etdirəcək və möhkəmləndirəcəklər".
İranın müdafiə naziri Hüseyn Dehqan isə öz növbəsində ölkəsinin Azərbaycanla əməkdaşlığa hər zaman hazır olduğunu bildirib.
Daha sonra nazirlərin görüşü bağlı qapılar arxasında davam etdirilib.