Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstar avqustun 1-də Azərbaycanı tərk edəcək.
Bu barədə APA TV-yə səfirliyin mətbuat ofisindən məlumat verilib. "Səfirin 2 ay bundan öncə Xarici İşlər Nazirliyinə məlumat verdiyi kimi, o, ölkəni avqustun 1-də tərk edəcək. Onun daha əvvəldən də niyyəti belə olub", - deyə rəsmi məlumatda qeyd edilir.
Səfirlə vida mərasiminin keçiriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən mətbuat ofisindən qeyd ediblər ki, bu tədbir başqa təşkilat tərəfindən təşkil olunur, buna görə məsələyə şərh verə bilməyəcəklər.