ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Russiya) və Jak For (Fransa) sabah – mayın 31-də Azərbaycana səfər edəcəklər.
Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Həmsədrlər prezidenti ilham Əliyev və digər rəsmi şəxslərlə görüşlər keçirəcəklər. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin gedişi müzakirə olunacaq.