Azərbaycan Milli Məclisinin növbədənkənar xüsusi sessiyasının keçirilməsi barədə qərar qəbul olunub.
Parlamentdən APA-ya verilən məlumata görə, xüsusi sessiya yaz sessiyasının ardınca - iyun ayında olacaq.
Sessiya ərzində bir sıra komitə iclasları ilə yanaşı, iki plenar iclasın da keçirilməsi planlaşdırılıb və plenar iclaslar iyunun 13-dən sonra nəzərdə tutulub.
Xüsusi sessiyada keçiriləcək plenar iclasların tarixi və gündəliyi yaz sessiyası başa çatdıqdan sonra məlum olacaq.
Xüsusi sessiyasının keçirilməsi ilə bağlı qərar deputatların 2/3 hissəsinin müraciəti əsasında qəbul edilib.