Milli Məclisin üzvü konqresmenlə görüşüb
17 iyul 2013 22:15 (UTC +04:00)

Milli Məclisin üzvü konqresmenlə görüşüb

ABŞ-da işgüzar səfərdə olan Milli Məclisin Azərbaycan-ABŞ Parlamentlərarası Əlaqələr üzrə işçi qrupunun üzvləri amerikalı həmkarları ilə görüşlər keçiriblər.

 

17 iyul tarixində Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva ABŞ Konqresinin Nyu-York ştatından olan üzvü xanım Qreys Meng (Grace Meng) ilə görüşüb və qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Millət vəkili S.Fətəliyeva qadınların Azərbaycan cəmiyyətinin bütün sferalarında təmsilçilik faizinin günü-gündən yüksəldiyini bildirərək, bu faktın təsadüf olmadığını, Azərbaycanda qadınlara seçki hüququnun Azərbaycan Demokratik Cümhuriyyəti dövründə verildiyini diqqətə çatdırıb. Xanım Meng Azərbaycan qadınlarının təmsilçilik faizinin yüksək olması faktından xoş mənada təəccübləndiyini bildirib.

 

Daha sonra Azərbaycanın ABŞ-la humanitar, sosial sahələrdə əməkdaşlığına dair fikirlər səsləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 452
avatar

Oxşar yazılar