Milli Məclis sədrinin Rusiyaya səfərinin tarixi məlum olub
29 may 2014 22:11 (UTC +04:00)

Milli Məclis sədrinin Rusiyaya səfərinin tarixi məlum olub

Milli Məclisinin sədri Oktay Əsədovun Rusiyaya səfərinin tarixi məlum olub. Parlament sədri  iyunun 5-6-da Moskvaya səfər edəcək.APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Azərbaycın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib. 


Moskvada "Parlamentskaya qazeta"nın mətbuat mərkəzində keçirilən "Yeni Azərbaycan: uğurlar, çağırışlar, perpektivlər" adlı dəyirmi masada çıxış edən səfir bildirib ki, Oktay Əsədovun səfəri Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin dəvəti əsasında baş tutacaq: "Azərbaycan parlamentinin sədri səfər çərçivəsində Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko və Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın sədri,  baş nazirin müavini Dmitri Roqozinlə görüşəcək".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 396

Oxşar yazılar