Mərakeşin səfiri ADU-da olub
18 dekabr 2013 20:41 (UTC +04:00)

Mərakeşin səfiri ADU-da olub

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Səməd Seyidov Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Hamini qəbul edib. ADU mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonağa rəhbərlik etdiyi Universitet haqqında məlumat verən rektor professor Səməd Seyidov Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsində ərəb dilinin tədris olunduğunu bildirib. O, tələbələrin digər dillərlə yanaşı, ərəb dilinə də böyük maraq göstərdiklərini qonağın diqqətinə çatdırıb. Rektor Azərbaycanla Mərakeş arasında ikitərəfli  əlaqələrin mövcud olduğunu deyib. O, bu əlaqələrin parlamentlərarası dostluq qrupu çərçivəsində də inkişaf etdiyini diqqətə çatdırıb və bununla yanaşı, ikitərəfli əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı səfərlərin vacibliyini vurğulayıb.

 

Mərakeşin Azərbaycandakı səfiri Həsən Hami Mərakeş-Azərbaycan əlaqələrindən söz açıb və qarşılıqlı əlaqələrin inkişafından danışıb. Səfir ADU-da ərəb dilinin tədrisini yüksək qiymətləndirdi və birgə layihələrin keçirilməsinin vacib olduğunu sözlərinə əlavə edib.

 

Görüşdə gələcək əməkdaşlıq perspektivləri, universitetlərarası əlaqələrin inkişaf etdirilməsi, dəyirmi masaların təşkil olunması, tələbə-müəllim mübadiləsi haqqında fikir mübadiləsi aparılıb.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 794
avatar

Oxşar yazılar