Mehriban Əliyeva Roma Papası Fransisklə görüşüb
02 iyun 2014 23:37 (UTC +04:00)

Mehriban Əliyeva Roma Papası Fransisklə görüşüb

İtaliyada səfərdə olan  Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 2-də Roma Papası Fransisk ilə görüşüb.

APA-nın məlumatına görə,  Azərbaycan ilə Vatikan arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyini məmnunluqla qeyd edən Mehriban Əliyeva bu əməkdaşlığın mədəni irsin qorunması sahəsində daha da genişləndiyini vurğulayıb.

 

Heydər Əliyev Fondu tərəfindən Azərbaycanla yanaşı, dünyanın bir sıra ölkələrində həyata keçirilən mühüm layihələr barədə Roma Papasına məlumat verən Azərbaycanın birinci xanımı qurumun bir çox istiqamətlərdə, o cümlədən sosial və humanitar sahələrdə mühüm işlər gördüyünü diqqətə çatdırıb.

 

Fondun prezidenti Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən də danışıb.

 

2002-ci ildə Roma Papası II İohann Pavelin Azərbaycana tarixi səfərini xatırladan Mehriban Əliyeva bu səfərin iki dövlət arasında mövcud əməkdaşlığa töhfə verdiyini bildirib və Roma Papası Fransiski də Azərbaycana səfərə dəvət edib.

 

Mehriban Əliyevanın dəvətini məmnunluqla qəbul edən  Papa Fransisk Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti ilə bağlı məlumatlı olduğunu qeyd edib. O, Fond tərəfindən həyata keçirilən layihələrdə qurumun rəhbəri Mehriban Əliyevanın şəxsi təşəbbüsü və rolunu xüsusi vurğulayaraq, bu münasibətlə onu təbrik edib.

 

Vatikanın Azərbaycanla ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirən Roma Papası bu istiqamətdə Mehriban Əliyevanın fəaliyyətini xüsusi vurğulayıb.

 

Görüşdə Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Roma katakombalarının bərpası yüksək qiymətləndirib.

 

Azərbaycanın birinci xanımı bu cür layihələrin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb, müvafiq istiqamətdə həyata keçirilən tədbirlərin digər sahələrə də şamil edilməsinə çalışacağını vurğulayıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1421

Oxşar yazılar