“Ol” Hərəkatının üzvü sərbəst buraxılıb. APA-nın məlumatına görə, “Ol” Hərəkatının üzvü, Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə nümayəndəliyinin təlimçisi Ruslan Əsəd sərbəst buraxıldıqdan sonra jurnalistlərə açıqlama verməkdən imtina edib.
****
saat 17.09
“Ol” Hərəkatının üzvü istintaqa cəlb edilib.
APA-nın məlumatına görə, “Ol” Hərəkatının üzvü, Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə nümayəndəliyinin təlimçisi Ruslan Əsəd bu gün Baş Prokurorluğun Ağır Cinayətlər Dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb. Hazırda onun ifadəsi alınır.
Qeyd edək ki, R. Əsəd bu il martın 10-da Bakıda keçirilin “Əsgər ölümlərinə son” aksiyada aktiv iştirak edib. Aksiyada saxlanılan R. Əsəd sonradan sərbəst buraxılıb.