Maliyyə Nazirliyi siyasi partiyaların nümayəndələri üçün seminar praktikumlara start verib.
Lent.az-ın Maliyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, siyasi partiyalar tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq, illik maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə yaranacaq ilkin çətinliklərin qarşısının alınması məqsədi ilə, həmin təşkilatların baş mühasibləri və ya illik maliyyə hesabatlarını tərtib edən əməkdaşları üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində 13 fevral tarixində seminar praktikum təşkil edilib.
İlk seminar praktikumda 13 siyasi partiyadan 16 nəfər nümayəndə iştirak edir. Seminar 15 fevral tarixinə qədər davam edəcək. Siyasi partiyalarda mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi ilə bağlı ikinci və üçüncü seminar praktikumlar isə 19-21 və 25-27 fevral tarixlərdə təşkil ediləcək.