Macarıstan TÜRKPA-da müşahidəçi status aldı
13 iyun 2014 12:24 (UTC +04:00)

Macarıstan TÜRKPA-da müşahidəçi status aldı

Türkdilli ölkələrin Parlament Assambleyasının (TÜRKPA) bu gün Bakıda keçirilən 5–ci plenar iclasında Macarıstana qurumda müşahidəçi statusunun verilməsi müzakirəyə çıxarılıb. Lent.az-ın məlumatına görə, iclasa sədrlik edən Azərbaycan Milli Məclisinin və TÜRKPA-nın hazırkı sədri Oqtay Əsədov bildirib ki, bu təklif Macarıstanın rəsmi xahişi ilə gündəliyə salınıb.

 

O qeyd edib ki, bu məsələ uzun zamandır üzv ölkələr arasında müzakirə olunur və nəhayət, bu iclasda gündəliyə salınıb.

 

Daha sonra təklif səsə qoyularaq qəbul olunub və Macarıstana TürkPA-da müşahidəçi statusu verilib.

 

İclasda iştirak edən Macarıstan parlamentinin vitse-spikeri Sandor Lezsak üzv ölkələrə təşəkkürünü bildirib və Macarıstanın bu etimadı doğruldacağına söz verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 679

Oxşar yazılar