Litvanın yeni təyin olunmuş xarici işlər naziri Linas Linkyaviçyus bu gün Azərbaycana səfərə gəlir.
Litvanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər tanışlıq xarakterlidir. Bir günlük səfər çərçivəsində keçiriləcək yüksək səviyyəli görüşlərdə Azərbaycan-Litva münasibətlərinin inkişafı, Azərbaycanın Avropa Birliyi ilə münasibətləri, Litvanın Avropa Birliyinə sədrliyi dövründə əsas prioritetləri müzakirə olunacaq.