Litva dostluq qrupunun yaradılması xəbərini təkzib etdi
27 fevral 2013 13:09 (UTC +04:00)

Litva dostluq qrupunun yaradılması xəbərini təkzib etdi

Litvanın Azərbaycandakı səfiri: “Bu yalnız bir təşəbbüsdür, rəsmi olaraq belə bir qrup yaradılmayıb”


 

  “Bu, Seymin bəzi üzvlərinin şəxsi təşəbbüsüdür və nə Seymin, nə Seym rəhbərliyinin mövqeyini əks etdirmir”. Litvanın Azərbaycandakı səfiri Arturas Jurauskas bu ölkənin Seymində Dağlıq Qarabağdakı separatçı rejimlə dostluq qrupunun yaradılması xəbərini APA-ya belə şərh edib.

 

“Seym üzvlərinin kiçik bir qrupu belə bir qrup yaratmaq niyyətinin bəyan ediblər, lakin bu yalnız bir təşəbbüsdür. Rəsmi olaraq belə bir qrup yaradılmayıb. Litva Respublikasının Dağlıq Qarabağ məsələsində mövqeyi dəyişməz qalır”.

 

Xatırladaq ki, dünən erməni mətbuatı Litva Seymi üzvlərinin Seymlə Dağlıq Qarabağdakı separatçı rejim arasında dostluq qrupunun yaradılmasına dair qətnamə qəbul etdiyi barədə məlumat yayıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 644
avatar

Oxşar yazılar