“Litva Seyminin hər bir üzvünün bəyanat vermək və təşəbbüslə çıxış etmək hüququ var. Bununla belə qeyd etdiyiniz təşəbbüs nə Seymin, nə də Litva hökumətinin mövqeyi ilə uyğun gəlir”.
Litva Xarici İşlər Nazirliyindən Seymin bəzi üzvlərinin “Litva-Dağlıq Qarabağ” dostluq qrupu yaratmaq təşəbbüsü ilə çıxış etməsini APA-ya belə şərh ediblər.
“Litva ilə Azərbaycan arasında, xalqlarımız arasında dostluq münasibətlərinin möhkəm əsası və ənənələri var. Əminik ki, bu münasibətlər gələcəkdə yalnız möhkəmlənəcək”.
Xatırladaq ki, Litva Seyminin bəzi üzvlərinin “Litva-Dağlıq Qarabağ” dostluq qrupu yaratmaq təşəbbüsü ilə çıxış etməsindən sonra Azərbaycan bu ölkənin Xarici İşlər Nazirliyinə nota təqdim edib.