“Azərbaycan həmişə İsraillə dost ölkə olub. Azərbaycanla bugünkü münasibətlərimiz ən yüksək səviyyədədir”.
APA-nın məlumatına görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında İsrailin xarici işlər naziri Aviqdor Liberman bildirib.
Onun sözlərinə görə, Azərbaycan tolerantlıq nümunəsidir: “Dost dar gündə bilinir. Burada yaşayan yəhudilər hər zaman, hətta holokost zamanı burda özünü rahat hiss edib və bunu unutmaq mümkün deyil”.
Nazir bildirib ki, iki ölkə arasındakı əməkdaşlıq hər sahədə pozitiv dinamikada davam edir: “Bakıda keçirilən görüşlər zamanı biz ikitərəfli münasibətləri müzakirə etdik, fikir mübadiləsi oldu. Əsas prioritetlərimiz kənd təsərrüfatı və energetika sahələridir”.