Kolleclərə ərizə qəbulunun vaxtı uzadıldı
12 iyun 2014 17:02 (UTC +04:00)

Kolleclərə ərizə qəbulunun vaxtı uzadıldı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə mayın 12-dən etibarən başlanıb və iyunun 12-də başa çatdırılması nəzərdə tutulan ərizə qəbulunun vaxtı uzadılıb. Bu barədə Lent.az-a Komissiyadan məlumat verilib. 

Cari ilin məzunu olan şagirdlər üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq və bu məzunlar kolleclərə əlavə imtahan verməyəcəklər.

Əvvəlki illərin məzunları üçün isə qəbul imtahanları iyunun 29-da aparılacaq. Əvvəlki illərin məzunu olan gənclərin imtahan mərkəzləri üzrə bölgüsünü təşkil etmək və digər çoxsaylı hazırlıq işləri ilə əlaqədar olaraq ərizələrinin qəbulu iyunun 13-də başa çatacaq. 

Belə ki, ümumi orta təhsil müəssisələrini əvvəlki illərdə bitirən və elektron ərizələrini Sənəd Qəbulu Komissiyasında (SQK) təsdiq etdirməli olan məzunlar tələb olunan sənədləri təqdim etməklə iyunun 13-ü saat 17:00-dək SQK-ya müraciət edə bilərlər. 

Əvvəlki illərin məzunu olan və elektron ərizələrini internetlə özləri təsdiq etmək imkanına malik olan gənclər üçün son müddət 13 iyun saat 23:59-dur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 601

Oxşar yazılar