Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Kəlbəcər rayonu İcra Hakimiyyətinə yeni başçı təyin edib.
Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən
Aqil Sadıq oğlu Məmmədov Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.
Dövlət başçısının digər sərəncamı ilə Vidadi Məhərrəm oğlu Məhərrəmov Kəlbəcər rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.